Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz”ın üç departament rəhbərinin iş yeri dəyişdirilib



Newscenter.az.13.10.2020. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhərində fəaliyyət göstərən üç departamenti üzrə kadr dəyişikliyi aparılmaqla yerdəyişmələr olunub.

Newscenter.az-ın “Azərqaz"-a istinadən verdiyi məlumata görə, Metrologiya Departamentinin rəisi Rauf Radiq oğlu Əhmədov vəzifəsindən azad edilməklə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi təyin olunub.

Zehin Məhəmməd oğlu Rəsulov Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Metrologiya Departamentinin rəisi təyin edilib.

Zamin Qurban oğlu Mehrəliyev isə Bakı Regional Qaz İstismarı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsinə təyin edilib.

Sevinc
Xəbəri paylaş