Newscenter.az.14.10.2020. “Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığına şadam.
ATƏT-in və Minsk Qrupunun üzvü və bölgənin lider ölkəsi olaraq Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vacib rolunu bir daha təsdiqlədi".
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.