Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın son açıqlaması Azərbaycanın hərbi əməliyyatlarını davam etdirməsinə rəvac verir



Newscenter.az.15.10.2020. “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağa müşahidəçi və yaxud sülhməramlı qüvvələrinin yerləşdirilməsi təklifi birtərəfli olaraq Ermenistanın maraqlarına söykənir. Azərbaycan qəti şəkildə buna getməyəcək. Bundan əlavə Türkiyənin danışıqlarda rolunun qarşısını alması istiqamətində səylər mümkün görünmür”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, deyib ki, Moskva və Ankara arasında ciddi danışıqlar gedir:

“Ankara kifayət qədər mövqeyində prinsipallığını qoruyaraq Moskvaya masada "mən də varam" tezisini ortaya qoyub. Məhz H.Akarin S.Soyquya zəngi bu tezisə əsaslanirdi. Regionda dəyişməkdə olan balans Moskvanı Ankara ilə ortaq məxrəcə gəlməyə məcbur edir. Qeyd edək ki, ABŞ və NATO Cənubi Qafqazda Türkiyəni dəstəkləyir. Bu istiqamətdə Rusiya çalışacaq ki, Türkiyə ilə bazarlığa getsin. Bu, Yaxın Şərqdə gedən proseslərlə bağlıdır. Bu ortaq məxrəc Ermənistanın məğlub olmasını Azərbaycanın suverenliyinin təmin edilməsinə söykənəcək. Situasiya mürəkkəbdir. Siyasi həll variantı Ermənistanın mövqəyinə əsaslandığı üçün Azərbaycan qəbul etmir, yalnız hərbi əməliyyatları davam etdirir. Bu da çox qısa vaxtda Azərbaycanın siyasi qələbəsini şərtləndirəcək”.

Politoloq bildirib ki, Nikol Paşinyanın son açıqlaması Azərbaycanın hərbi əməliyyatlarını davam etdirməsinə rəvac verir:

“Baş nazir Nikol Paşinyan arxayın idi ki, "demokratik" inqilab edib hakimiyyətə gəlib, Qərb onun Qarabağla bağlı siyasətini dəstəkləyib, Azərbaycana qarşı olacaq. Amma, ABŞ və NATO Türkiyənin öncüllüyündə Azərbaycanın maraqlarını dəstəkləyir. Çünki Ermənistanı dəstəkləmək Rusiyanin regionda movqeyinin güclənməsi deməkdir. Ona görə də ABŞ və NATO buna gedə bilməzdi. Fransanın Qarabagla bağlı mövqeyinə gəldikdə, ABŞ və Türkiyənin rolundan irəli gəlir. Prezident E. Makron antiABŞ və Türkiyəyə qarşı siyasət aparır. Bir sözlə regionda ciddi geosiyasi maraq toqquşması davam edir. Nəticədə Azərbaycan Qarabağda öz suverenliyini bərpa edir”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Prezident İlham Əliyevin regionda prosesləri obyektiv qiymətləndirməsi, ordunu müasir silahlarla gücləndirməsi bu geosiyasi nizamda Azərbaycana əlverişli şərait yaratdı ki, hərbi əməliyyatlara başlasın. Ermənistan isə, 90-ci illərin əvvəlində olduğu kimi qaldı.

Mehman
Xəbəri paylaş