Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vladimir Zelenski Türkiyəyə işgüzar səfər edəcək



Newscenter.az.15.10.2020. Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 16-da Türkiyəyə işgüzar səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı Ukrayna prezidentinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, səfər zamanı V.Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Məlumata görə, danışıqlar çərçivəsində liderlər ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə edəcək və bir sıra sənəd imzalanacaq.
Xəbəri paylaş