Newscenter.az.17.10.2020. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 9,6 mlrd kubmetr təşkil edib.
Bu barədə Newscenter.az-a Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur.
Bu ilin 9 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3% çox, yəni 7,9 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,6 mlrd kubmetr olub.
Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.
Sevinc