Newscenter.az.19.10.2020. “Həlledici döyüş Ağdərə -Ağdam istiqamətində gedir. Bu döyüş Qarabağın Azərbaycan üçün taleyinin müsbətə doğru tam dəyişməsində mühüm rol olacaq. Ermənistan bu xətt üzrə güclü müdafiə qurub”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu xəttin yarılmasi, artıq Ermənistanin məğlubiyyətinə , ordsunun tam geri çəkməsinə səbəb olacaq:
“Bu gün Azərbaycan ordusu bu istiqamətdə həlledici döyüşə girdi. Bu xətt yarılmaqla Ağdam , Ağdərə azad olunacaq. Bu, həm də Ermənistanda siyasi böhranı gətirəcək”.
Politoloq bildirib ki, Ermənistanin siyasi taleyi Qarabağda həll edilir:
“Qarabağın işğaldan azad olunması işğalçı ölkədə uzun illər partiyaların qarşıdurması, hətta tərəflərin silaha əl atmasına gətirəcək. Ümumiyyətlə Azərbaycanla sülh müqaviləsi bağlanılmasa Ermənistan bugünki vəziyətindən də acınacaqlı duruma düşəcək”.
Mehman