Newscenter.az.19.10.2020. ABŞ-ın Kaliforniya ştatında Şimali və Cənubi Amerika Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə avtoyürüş keçirilib.
Newscenter.az xəbər verir ki, 150-dən çox avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Los Gatos yaxınlığından start götürüb və mərkəzi küşələrlə dairəvi hərəkət edərək həmin ünvanda da başa çatıb.
Üzərində üçrəngli Azərbaycan bayraqları olan və “Qarabağ Azərbaycandır” şüarı ilə bəzənən avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, xüsusilə Gəncənin mülki əhalisinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulmasına yönəldiblər.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 24 nəfər həlak olub, 90 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.
Mehman