Newscenter.az.23.10.2020. Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizə və ölkəmizin haqq işi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.
Newscenter.az ASAN Xidmətə istinadən xəbər verir ki, Türkiyənin “Haber Global”, “CNN Türk”, “A Haber”, həmçinin Rusiyanın “Pervıy Kanal”, “NTV”, “Rossiya-1” və “Rossiya-24” telekanalları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsini əks etdirən xüsusi reportajlar hazırlayıb.
Layihə çərçivəsində qəhrəman Vətən övladlarına ünvanlanan mesajlar əks olunub. Həmçinin vətəndaşlarımızın yüksək qələbə əzmində olduqları, tezliklə işğaldan azad olunacaq torpaqlarda Azərbaycan Bayrağının dalğalanacağına əminlik nümayiş olunub.
Reportajlarda Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlərin ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunduğu da diqqətə çatdırılıb. Bu çərçivədə bütün “ASAN xidmət” mərkəzlərindəki terminallar vasitəsi ilə Silahlı Qüvvələr üçün vətəndaşlar tərəfindən ödənişlərin mümkünlüyü qeyd olunub.
Sevinc