Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: "Biz dünya ictimaiyyətini münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq"



Newscenter.az.26.10.2020. “Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan haqqında dünyada elə də böyük təsəvvür yox idi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Ancaq bir çox ölkədə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada biliblər. Məhz buna görə torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdi və bu sanksiyalar bu günədək də qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib. Guya Azərbaycan Ermənistana qarşı təcavüz edir. Bu sanksiyalar bu günədək qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdi. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Bütün görülən işlər bu gün bizə köməklik göstərir. Artıq dünyada bu məsələ ilə bağlı da obyektiv fikir var, təsəvvür var”, - ölkə başçısı vurğulayıb.
Xəbəri paylaş