Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanin əks-həmlə əməliyyatı Laçın dəhlizi uğrunda gedir



Newscenter.az.27.10.2020. “Azərbaycanin əks-həmlə əməliyyatı Laçın dəhlizi uğrunda davam edir. Ermənistan əlavə qüvvələr gətirməsinə baxmayaraq məğlubiyyətə uğrayacaq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Ermənistandan heç bir yüksək rütbəli məmur və siyasətçilər Qarabağa gələ bilmir:

“Azərbaycan Qarabagla Ermənistan arasında ilkin mühasirə mərhələsinə başlayıb. Əməliyyatlar uğurla davam etməklə, korridor Azərbaycanın tam nəzarətinə keçəcək. Bundan əlavə, Xocavənd istiqamətində döyüşlər erməniləri tükədir. Ermənistana göndərilən silahların Qarabağa göndərilməsi də çətinləşəcək”.

Politoloq qeyd edib ki, hərbi mərhələnin ən aktiv fazası yaşanır:

“Azərbaycan siyasi - hərbi məqsədlərinə 10 gün ərzində çatmış ola bilər. Nəticədə N. Paşinyanın devrilməsi istiqamətində siyasi və hərbi elita birləşəcək. Rusiya da prosesdə Nikolun getməsi üçün Koçaryan klanını aktiv tutacaq. Azərbaycanın hərbi uğurları hər keçən gün Ermənistanda siyasi böhranı dərinləşdirir. Ermənistan parlamenti yenidən terrorrun hədəfi ola bilər”.

Mehman
Xəbəri paylaş