Ermənistan Əks-kəşfiyyat idarəsinin rəisi işdən azad edilib
Tarix: 27-10-2020, 14:34
Newscenter.az.27.10.2020. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks-kəşfiyyat idarəsinin rəisi general-mayor Ohanes Karumyan işdən azad olunub.
“Report” “News.am”a istinadən xəbər verir ki, MTX-nin Mətbuat Xidməti O.Karumyanın işdən azad olunmasının səbəblərini açıqlamayıb.