Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ovanesyan: "Azərbaycan Ordusu cənub və cənub şərq istiqamətində irəliləyişə nail oldu"



Newscenter.az.1.11.2020. Oktyabrın 31-də Qarabağ cəbhəsində döyüşlər əsasən cənub, cənub-qərb, şimal və cənub-şərq istiqamətində gedib.

Newscenter.az armenpress.am-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsurun Ovanesyan deyib. O, bildirib ki, döyüşlərin getdiyi cənub və cənub-şərq istiqamətində Azərbaycan Ordusu irəliləməyə nail olub:

"Bəzi bölgələrdə intensiv hücum əməliyyatları həyata keçirildi. Nəticə etibarilə Azərbaycan Silahlı Qüvvələri müəyyən irəliləyişə nail olmağı bacardı".

NEWSCENTER.AZ
Xəbəri paylaş