Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bağlayıcı qaz kranlarının başlıq hissəsi oğurlanır



Newscenter.az.3.11.2020. Bir neçə müddətdir ki, Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən binalarda oğurluq halları baş verir.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, fərdi olaraq və ya qrup halında şəxslər bina girişlərinə daxil olaraq boruların üzərində quraşdırılmış bağlayıcı kranın ştok hissəsini bərkidən bronza qaykaları oğurlayır. “Azəriqaz” İB-nin əməkdaşları yarana biləcək hər hansısa bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə sözü gedən ünvana baxış keçiriblər. Dərhal qabaqlayıcı tədbirlərin icrasına başlanılıb. Belə ki, oğurlanan bronza qaykalar dəmir qaykalar ilə əvəzlənərək yerinə bərkidilib. Vaxtında tədbirlər görülməsə, payız-qış mövsümündə təzyiq tənzimləmələri zamanı bu cür hallarda problemlər ortaya çıxa bilər.

Abonentlərin təhlükəsizliyi və onların məmnuniyyəti “Azəriqaz” İB-nin əsas prioritetlərindən olduğundan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət olunub. Lakin buna baxmayaraq, oğurluq halları hələ də davam etməkdədir və abonentlər üçün bu hal istənilən anda təhlükəli vəziyyət yarada bilər.
Xəbəri paylaş