Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaz İxrac Edən Ölkələr Forumunun onlayn toplantısı keçiriləcək

Qaz İxrac Edən Ölkələr Forumunun onlayn toplantısı keçiriləcək


Newscenter.az.11.11.2020. Bu gün Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVİD 19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda Nazirlərin Dəyirmi Masası keçiriləcək.

Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, noyabrın 12-də isə Nazirlərin 22-ci görüşü baş tutacaq.. Onlayn formatda təşkil olunan görüşlərdə Əlcəzairin Energetika naziri, Qaz İxrac Edən Ölkələr Forumu Nazirlər görüşünün sədri Əbdülməcid Attarın dəvəti ilə foruma üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Nazirin hər iki görüşdə çıxışı nəzərdə tutulub.

Tədbirlər Bakı vaxtı ilə saat 16:00-dan – 20:00-dək (Əlcəzair vaxtı ilə saat 13:00-dan 17:00-dək) keçiriləcək. Nazirlər görüşünün sonunda mətbuat konfransı təşkil olunacaq.

Sevinc
Xəbəri paylaş