Newscenter.az.23.11.2020. “Fransa prezidenti E.Makron geri addım ataraq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirib. Bu, həm də Fransa Senatında Qarabağın müstəqilliyini tanınması üçün irəli sürülən qətnamənin üzərindən xətt çəkir”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya prezidenti Putin də Qarabağın Azərbaycanın suverenliyinə daxil olduğunu vurğulamışdı:
“Görünür, V. Putinin E. Makronla danışıqları Parisin mövqeyində dəyişiklik edib. Çünki, Fransanın tutduğu mövqe Rusiyanın regionda fəaliyyətini təhdid edirdi. Xüsusilə, Qarabağın müstəqilliyinin tanınması barədə sənəd ciddi skandala yol aça bilər”.
Politoloq deyib ki, Fransa prezidenti bu açıqlama ilə manevr edərək Minsk qrupunun fəaliyyətində maraqlı ola bilər:
“Bununla Parisin danışıqlarların başlaması və Xankəndində yenidən qondarma qurumun fəaliyyəti üçün siyasi rəng verməyə çalışması istisna olunmamalıdır”.
Mehman