Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusa yoluxmuş deputat evdə necə müalicə olunur?



Newscenter.az.27.11.2020. Milli Məclisin koronavirusa yoluxmuş deputatı Rəşad Mahmudov ev şəraitində necə müalicə olunduğunu açıqlayıb.

“Report”un xəbərinə görə, deputat ağciyər tutulması ilə evdə sadəcə doğru dərman qəbul etdiyini (ağızdan antiviral tabletka, vitamin C və parasetamol qəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olunduğunu bildirib.

“Arzum budur ki, qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın”, - deyə R.Mahmudov əlavə edib.
Xəbəri paylaş