Newscenter.az.27.11.2020. Məlumdur ki, payız-qış aylarında qanda vitaminlər, üzvi duzlar, təbii yağlar, turşular, təbii alkoqol və şəkər kəskin formada azalır və hərəkət məhdudlaşır. Nəticədə orqanizmin immun sistemi zəyifləyir.
"Olaylar" xəbər verir ki, bunu deyən "Ana Təbiət" NGM-nin rəhbəri Ərşad Əzimzadə qeyd edib ki, əksər insanlar bədənin müqavimətini, səhvən, yüksək kalorili qidaların və dərmanların köməyi ilə gücləndirməyə çalışırlar. Bu da gətirib ona çıxardır ki, bədəni ət basır, artıq çəki yaranır, həm ölü qidalar, həm də dərmanlar hüceyrələri zəhərləyir, yaranan şlak isə mikrobların və bakteriyaların zəngin yem bazasını yaradır, onların sürətlə artıb-törəməsinə kömək edir. Beləliklə də sağlamlığı qoruyan ordu, yəni, hüceyrələr qırılır, sağlamlığı dağıdan ordu - virus daşıyıcıları isə güclənir. Bu, bütün viruslara xas olan xüsusiyətdir, o cümlədən KOVİR-19 - a. ABŞ kimi çox zəngin və çox qabaqcıl ölkədə koranavirusdan daha çox adam qırılması dediklərimə əyani sübutdur. Dünya tibb elmi KOVİD-19 qarşısında ona görə tam aciz qalıb ki, virusa qarşı təbii üsulla deyil, çox pul qazanmaq naminə, kimyəvi preparatların köməyi ilə mübarizə aparır. Halbuki özü-özünün həkimi olan ağıllı adamlar heç bir virusdan çəkinmir.
Virusa qalib gəlmək istəyən şəxsin menyusu belə olmalıdır: 1.Günəş enerjisi 2.Hava. 3.Çiy su. 4.Çiy meyvə. 5.Çiy tərəvəz. 6.Dən dəmləmələri. 7.Bal.
Mikrobların ən güclü qənimi limon və sarımsaqdır. Hər gün 2-3 dəfə tərəvəz salatına 2-3 diş sarımsaq doğrayıb yeyən və 3-4 limonun şirəsini portoqal və alma şirəsinə qatıb içən şəxs özünü hər cür virus daşıyıcısından qoruyur. Belə bir dəyərli qidanı hər kəsə məsləhət görürəm: 300 qr qabıqlı və tumlu limonu 300 qr zəncəfillə bərabər əzib, 300 qr təmiz bala qatın, gündə 3 dəfə 1 çay qaşığı yeyin. Gündə 300 qr. kök şirəsinə 100 qr. çuğundur şirəsi və 100 qr. xiyar şirəsi qatıb 2-3 dəfəyə için. Gündə 100 qr. boranı şirəsinə 100 qr. kartof şirəsi qatıb için. Gündə 2-3 dəfə kələm və tərəvəz salatı yeyin.