Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xızı sakinindən narkotik götürüldü



Newscenter.az.9.01.2021. Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Kərimov qəsəbə ərazisində tutulub.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı M.Kərimovdan sellofan torbada təmiz çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı M.Kərimov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş