Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yol polisi Bakı-Qazax yolunda qəza törətdi, 2 polis xəsarət aldı



Newscenter.az.9.01.2021. Kürdəmir rayonunda daha bir zəncirvari yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə yolun rayonun Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "DAF" markalı yük avtomobili "QAZ 31" markalı avtomobilinə çırpılıb. Nəticədə yolun hərəkət hissəsi bağlanıb.

Bu zaman hərəkətdə olan Dövlət Yol Polis xidmətinin avtomobili yük avtomobilinə çırpılıb.

Nəticədə DYP maşınında olan 2 nəfər polis əməkdaşı - 32 yaşlı Quliyev Elnar Zakir oğlu və 31 yaşlı Əliyev Fariz Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Kürdəmir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onları ambulator müalicəyə buraxıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş