Rusiyada son sutkada 18 mindən çox yoluxma qeydə alınıb
Tarix: 31-01-2021, 19:21
Newscenter.az.31.01.2021. Rusiyada son bir gündə daha 18 359 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 850 439 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 485 nəfər artaraq 73 182-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 300 004 nəfər sağalıb.