Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva Nizami rayonunda Prezident təqaüdçüsü olan gənclərlə görüşüb-FOTOLAR



Newscenter.az.2.02.2021. Milli Məclisin deputatı Könül Nurullayeva 2 fevral Gənclər günü münasibəti ilə Bakı şəhəri Nizami rayonundan olan Prezident təqaüdçüləri ilə görüş keçirib.

Newscenter.az-a Könül Nurullayevanın Deputat Qərargahından bildirilib ki, görüş zamanı istedadlı gəncləri daha yaxından tanımaq imkanı yaranıb. Həmçinin 44 günlük Vətən Müharibəsində vətənpərvər gənclərimizin qəhrəmanlığından da danışılıb.

Müasir gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda gənclərimizin tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə, eyni zamanda bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğuru kimi qiymətləndirilib.

İstedadlı kadrların yetişməsində keyfiyyətli təhsilin, mükəmməl biliklərə yiyələnməyin əhəmiyyətini vurğulayan K.Nurullayeva zəhmətkeşlik və güclü iradə tələb edən bu yolda gənclərimizin yorulmadan, şərəflə çalışmalarını yüksək qiymətləndirib.

“Nizami rayonundan olan gənclərimizin fonunda bütün Azərbaycan gəncliyini özəl gün münasibətilə bir daha təbrik edir, dünyanın dörd bir yanında vətənimizin başını daim uca tutacaqlarına, vətənpərvər və mərd bir şəxsiyyət, peşəkar bir kadr kimi yetişəcəklərinə inanıram”,-deyə K.Nurullayeva bildirib.

Görüşün sonunda istedadlı gənclərə hədiyyələr təqdim olunub.

Anar

Xəbəri paylaş