Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokio 2020 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan “Playbook” un təqdimatı keçirilib



Newscenter.az.9.02.2021. Bu gün BOK-un pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri və hazırlıqlarının yer aldığı “Playbook” un təqdimatı baş tutub. Newscenter.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində nümayəndə heyyətləri rəhbərləri üçün nəzərdə tutulan onlayn təqdimat mərasimində BOK prezidenti Tomas Bax (Thomas Bach), BOK-un MOK ilə əlaqələr şöbəsinin rəhbəri Çeyms Maklaud (Ceyms Makleod ) və Tokio -2020 Yay Olimpiya Oyunlarının Əməliyyat komitəsinin məsul şəxsləri iştirak edib. Təqdimat mərasimində çıxış edən BOK prezidenti Tomas Bax bildirib ki, “Playbook” un hazırlanması bir addım da Olimpiya oyunlara yaxınlaşmaq deməkdir.

MOK mətbuat xidmətinin məlumatına görə, təqdimat mərasimində bildirilib ki, Tokio -2020 Yay Olimpiya Oyunları üçün “COCOA” adlandırılan xüsusi mobil tətbiq hazırlanıb. Proqram pandemiya ilə mübarizəyə həsr olunan və yoluxma riskini azaltmaq məqsədilə hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib. Olimpiya Oyunlarına qatılacaq ölkələrin nümayəndə heyyətlərinin hər bir üzvü bu proqramı 14 gün əvvəl öz mobil telefonuna yükləməlidir. Bundan sonra proqramın tələb etdiyi məlumatlar (hərarət, öskürək, ümumi vəziyyət və.s) haqda informasiyalar 14 gün ərzində mobil tətbiqə daxil edilməlidir. Bu dolayısı ilə Tokio-2020 Yay Olimpiya Oyunalrına qatılacaq hər bir iştirakçının sağlıq durumu haqda oyunların əməliyyat komitəsinin müvafiq qurumunun məlumatlandırılmasına xidmət edəcək. Bundan başqa Tokio- 2020 Yay Olimpiya Oyunlarına yola düşməzdən 72 saat əvvəl nümayəndə heyyəti üzvləri PZR testi verməlidir. İlkin qərarə əsasən Olimpiya kəndində hər kəs 4 gündən bir test verəcək. Xüsusi olaraq qeyd edilib ki, virusa qarşı ən yüksək təhlükəsilik tədbirləri görülüb. İdmançılar və məşqçilər, media, beynəlxalq federasiyalar, həmçinin yayım işini həyata keçirdəcək qurumlar üçün fərqli “Play book” lar hazırlanıb. Aprel ayında isə nümayəndə heyyəti rəhbərləri üçün nəzərdə tutulan “play book” un təqdim olunacağı gözlənilir.

Sonda Tokio -2020 Yay Olimpiya Oyunlarının Əməliyyat komitəsinin məsul şəxsləri ölkələrin Olimpiya Komitələri nümayəndələrinin çoxsaylı suallarına cavab verib. Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Anar Bağırov və Marketinq Departamentinin rəhbəri Mehman Kərimov təqdimatda iştirak edib.

Mehman
Xəbəri paylaş