Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev: "Mehriban Əliyevanın bu qayğıkeşliyi təkcə qazilərimizdə deyil, cəmiyyətimizin hər biri üzvündə böyük ruh yüksəkliyi yaradır"



Newscenter.az.19.02.2021. anlı Azərbaycan Ordusunun Qələbə zəfərində böyük payı olan qazilərimizin və əlil hərbçilərimizin sağlamlığının bərpası və normal həyata qayıtması dövlətimizin xüsusi diqqət mərkəzindədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan hərbçilərinə, Qarabağ müharibəsi əlillərinə, Vətən torpaqlarının faşist ermənilərdən azad edilməsi zamanı sağlamlığını itirən qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır.
Mehriban Əliyeva Birinci vitse-prezident seçildikdən sonra ilk görüşlərindən biri də məhz şəhid ailələri, Qarabağ döyüşçüləri ilə oldu. Onun tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirdi. 2017-ci ildə əsgər və zabitlə keçirdiyi görüşdə onların hər biri ilə səmimi söhbət edərək Azərbaycan dövləti və xalqı üçün hər bir əsgərin əziz, dəyərli olduğunu vurğuladı. “Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər”.

Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub.

Mehriban Əliyeva qazilərə həssas və doğma münasibətini 44 günlük Vətən müharibəsinin ilk günlərindən göstərdi. Sentyabrın 30-da Cənab Prezidentlə birlikdə Mərkəzi Hərbi Klinik Hospitalda müalicə alan hərbçilərimizlə görüşdü, onların cəsurluğu ilə qürur duyduğunu xatırlatdı.
Azərbaycanın faşist Ermənistan üzərində qazandığı Zəfər tarixinin sonrakı gün, noyabrın 11-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdü. Bunlar Vətən qazilərinə dərin məhəbbətin ifadəsi hesab edilə bilər.

Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu Qarabağ müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailəsinə və qazilərimizə qayğı göstərir, onları daim diqqətdə saxlayır.

Mehriban Əliyevanın birbaşa tapşırığı ilə daimi olaraq şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları ziyarət edilir, onların problemləri öyrənilir və hansısa çəttinlikləri varsa dərhal həll olunur. Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizin Türkiyənin ən nüfuzlu tibb müəssisələrinə müalicəyə göndərilməsi, müayinə, müalicə və reabilitasiya prosesini qardaş ölkədə keçməsi də məhz bu qayğıkeşliyin nəticəsidir. Eyni zamanda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.

Bu xoş missiya qazilərimizə olan sonsuz hörmətin, ehtiramın nümunəsidir, milli vətənpərvərliyimizi gücləndirən əsas amillərdəndir. Mehriban Əliyevanın bu qayğıkeşliyi təkcə qazilərimizdə deyil, cəmiyyətimizin hər biri üzvündə mənəvi, ideoloji cəhətdən böyük ruh yüksəkliyi yaradır, Vətən sevgisi aşılayır.

Vaqif Abdullayev-sabiq deputat, siyasi elmlər doktoru, professor

Xəbəri paylaş