Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya "harda aşdır, orda baş"



Newscenter.az.19.02.2021. Azərbaycanla Türkmənistanın arasında bu ara bağlanan saziş üzrə, Xəzər dənizində “Dostluq”
(əvvəlki "Kəpəz") yatağının birgə istismarında Rusiyanın “Lukoil” neft şirkəti də iştirak edəcək.

Bu barədə Türkmənistan mətbuatı xəbər verib.
Bildirilir ki, Türkmənistan Prezidenti Qurbangulu Berdımuhammədovla “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovun bu günkü görüşündə razılıq əldə edilib.

Təbii ki, Azərbaycan və Türkmənistan arasında bağlanmış "Dostluq" yatağı sazişində bu yeniıik dərhal bir sıra, Rusiya şübhəli sual yarada bilir:

- "Lukoil" söhbəti nədən, gözlənilmədən ortaya çıxdı, niyə məhz "Lukoil", digər xarici şirkət yox? Niyə bu görüşün keçiriləcəyi öncə açıqlanmayıb və yalnız Lukoil və Türkmənistan arasındadır və bu məsələ Azərbaycan tərəfilə razılaşdırılıbmı?

- Neft sahəsi üzrə politoloq İlham Şaban bəyan etdi ki, "Dostluq" yatağında resurs pay bölgüsü: Azərbaycan 30%, Türkmənistan 30%, Rusiyanın "Lukoil"i isə 40%-ə malik olacaq, bu hıqiqətdirmi və ümumiyyətlə Rusiya şirkəti bu məsələdə tək, istismar, ya ümumiyyətlə, yataq payınamı malik olacaq? Ola bilsinmi Türkmənistan "Lukoyla" öz öncədən razılaşdırılmış 70%-nin 40%-ni verir və ümumiyyətlə "Lukoyl" bu layihəyə Türkmənistan tərəfdən, onun şəriki kimi qoşulur? Sual çoxdur.

- 23 fevralda Azərbaycan Milli Məclisi, "Dostluq" yatağı ilə bağlı Azərbaycan-Türkmənistan arası sazişi ratifikasiya etməlidir. Bu, "Lukoil" ilə bağlı yeniliyin ratifikasiyaya hansısa təsiri olacaqmı?
Bütün bu məsələlər, yaxın günlərdə aydınlaşar.

Çox yəqin ki, bizim Azərbaycan tərəf, Hökumət, Dövlətin Rəhbəri bu məsələ barədə öz prinsipal qərarını verəcək və veriləcək qərar da, ölkəmizin maraqlarına optimal uyğun, xeyir-sərfəli olacaq.

P. S.
Qeyd edim ki, "Dostluq"-Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb.

“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş