Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MHP sədri: " Araik Arutyunyan reallıq hissini itirib"



Newscenter.az.20.02.2021. Qondarma “dqr” rejiminin "rəhbəri" Araik Arutyunyanın rus dilinin rəsmi dil kimi tanınması barədə qərar verməsinin tamamilə qanunsuz və absurd təşəbbüs olduğunu hər kəs bilir. Bu addım heç bir hüquqa əsaslanmır. Araik Arutyunyan reallıq hissini itirib və öz mövcudluğunu qoruyub saxlamaq üçün hətta saman çöpündən də yapışmağa hazırdır. Onun sözügedən təklif və niyyəti də məhz bundan qaynaqlanır.

Lakin bu absurd təklif onsuz da həyata keçən deyil. Çünki Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bütün dünya tanıyır və qəbul edir. O cümlədən son vaxtlar Rusiya prezidenti Vladimir Putin də öz çıxışlarında dəfələrlə bu həqiqəti etiraf edib, təsdiqləyib. Odur ki, terorçu rejimin başçısının nə deməsi və nəyisə təklif etməsi heç bir əhəmiyyət daşımır. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla təsdiq və təsbit olunmuş faktdır. Bu baxımdan, Qarabağda yaşayan ermənilərin də əsas dövlət dili məhz Azərbaycan dilidir. Araik istəsə də, istəməsə də bu həqiqəti qəbul etməlidir və edəcək də.

Arutyunyan kimilər gec-tez Azərbaycan qanunları çərçivəsində yaşamağa məcbur olacaqlar. Xankəndidə, Xocavənddə, ermənilərin kompakt yaşadığı digər məntəqələrin hamısında Azərbaycan qanunları qeydsiz-şərtsiz tətbiq ediləcək. Bu mənada indi ermənilərin bu cür təxribatçı addımlar atmaları müvəqqətidir. Onlar bu cür sərsəm addımları ilə özlərini orada söz sahibi kimi göstərməyə çalışırlar. Amma bu kimi avantürist addımların sonu yoxdur. Biz avantürist, terrorçu qüvvələrə heç bir güzəştə getməyəcəyik. Araik kimi beyinsiz avantüristlər bilməlidirlər ki, terrorçu rejimin bütün bu cür təhrikçi addımları Qarabağda növbəti antiterror əməliyyatının başlanmasına gətirib çıxara bilər. Azərbaycan Ordusunun "dəmir yumruğ"u həmişə hazırdır.

Əlisahib Hüseynov-Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş