Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xanım Qədirova: Qarabağın yenidən qurulması işlərində biz gənclər ön sırada olmalıyıq



Newscenter.az.20.02.2021. “Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Ermənistanın acınacaqlı məğlubiyyəti ilə nəticələnən Vətən müharibəsi, həmçinin Azərbaycanda xalq-ordu, xalq-Prezident birliyinin olduğunu bütün dünyaya nümayiş etdirdi”.

Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının üzvü Xanım Qədirova deyib. Onun sözlərinə görə, artıq torpaqlarımız işğaldan azad edilib və bizi qarşıda daha bir mühüm mərhələ, işğaldan azad edilmiş torpaqlarımızda bərpa işləri, Qarabağın yenidən qurulması gözləyir.

Xanım Qədirova bildirib ki, dövlətimiz Qarabağın yenidən qurulması istiqamətində lazım olan bütün addımlartı atır və bundan sonra da atacaq:

“Amma hesab edirəm ki, bu məsələdə təkcə dövlət deyil, hər bir fərd, hər bir azərbaycanlı fəal olmalıdır. Yəni, müharibə zamanı olduğu kimi, quruculuq işlərində də birlik nümayiş etdirməliyik. Vətən müharibəsində olduğu kimi, Qarabağın yenidən qurulmasında da bir yumruq kimi birləşməliyik. Hesab edirəm ki, bütün proseslərdə olduğu kimi bu məsələdə də partiyamızın gənc üzvləri ön sırada gedəcəklər. Şəxsən mən bir könüllü olaraq işğaldan azad edilən torpaqlarımızda həyata keçiriləcək quruculuq-bərpa işlərində yaxından iştirak etməyə hazıram. Hesab edirəm ki, biz gənclər könüllü briqadalar yaradaraq doğma Qarabağımızda həyata keçiriləcək tikinti-quruculuq işlərində iştirak edə bilərik. Bir sözlə, Qarabağın yenidən qurulması işlərində biz gənclər ön sırada olmalıyıq”.
Xəbəri paylaş