Newscenter.az.21.02.2021. Müharibədə ermənilər Xankəndi, Xocavənd və Ağdərəni tərk etmişdilər. Rusiya sülhməramli qüvvələri onları geri qaytardı. Bu gün Rusiyanın sülhməramli adında silhahlı qüvvələri emenilerin iddia etdiyi "Artsaxin" təhlükəsiz karantıdır. Rusiya sülhməramli adlanan silahlı birləşmələri konkret olaraq Azərbaycanın Dağlıq Qarabağda ermənilerin yaşadığı ərazilərdə öz suverenliyini bərpa etməyə mane olan əsas baryerdi.
Qeyd edim ki, ermeniler Qarabağın Azərbaycanın tərkibində statusun olmasını qeyri-mümkün hesab edirlər. Demək, Minsk qrupunun yenidən fəaliyyətin və hərhansı danışıqların əsas mahiyyəti status dedikdə burada əsasən " Artsaxin müstəqilliyi" tələb edilir. Bu gün Xankəndində Arayik Arutunyan, Vitali Balasanyanın, Minsk qrupunun həmsədrlərinin status tələbi Azərbaycanın tərkibində olmayan ikinci erməni dövləti yaratmaqdır. Ona görə də Azərbaycan qəti şəkildə Minsk qrupunun danışıqlar oyununa gəlməməlidir.
Xankəndində yaşayan ermənilər heç vaxt bizimlə birgə yaşayışı qəbul etməyəcək. Biz buna əmin olmalıyıq.Onlar silahlanıb yenidən bizə qarşı vuruşmaq haqqında düşünür. Son iki yüz ildə belə olub və prosesləri bele buraxsaq, yenidən eyni aqibətlə üzləşecəyik. Ona görə də biz Xankendində ermeni separtizmini başını əzməliyik. Mütləq şəkildə Laçın dəhlizində bizim postumuz olmalıdır.
Erməniləri özümüz nəzarət etməsək, üçüncü qüvvələr nəzarət edəcəksə, demək növbəti təxribatlara hazır olmalıyıq. Və çalışıb Rusiyanı Qarabağdan çıxarmalıyıq.
Qarabağ xanlığı ilə Rusiya çarlığı arasında bağlanan "Kürəkçay" müqaviləsi əsasında ilk dəfə Qarabağa gələn Rusiya bizə qarşı erməniləri qaldırdı.. 10 noyabr sazişi ilə 200 ildən sonra, yenidən Qarabağa daxil oldu. Bu səfər onun qarşısında Türkiyə-Azərbaycan tandemi var. İmkan verməməliyik ki, Rusiya ermenilərdən bizə qarşı istifadə etsin. Güclü şəkildə ordumuzu gücləndirməli, Türkiyə hərbi bazasını Ağdamda, Laçında yerləşdirməliyik.
Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq