Newscenter.az.21.02.2021. Keçmiş spiker Oqtay Əsədovun Qubada, Qəçrəş yolunun üstündə yerləşən daha bir villasının görünütüləri yayılıb. Peykdən çəkilən görüntüləri araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
Newscenter.az bildirir ki, bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır. Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, keçmiş spikerin Qubadakı mülkünün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var.
Müəllif iddia edir ki, Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatının yaxşılaşdırılması üçün ayrılmış vəsaitdən mənimsəyərək inşa etdirib. Əsədovun bu gün də Qubadakı 5 hektardan artıq alça bağlarını da suvarmaq üçün eyni metoddan istifadə etdiyi, fermerlər üçün ayrılan suvarma sistemlərindən sözün həqiqə mənasında su oğurlayıb öz bağlarını suyla təmin etdiyi bildirilir.
Keçmiş spiker və "Azərsu"yun sabiq rəhbərinin daha bir böyük bağının Maştağa - Buzovna yolunun üstündə yerləşdiyi qeyd edilir və həmin ərazinin də eyni üsulla suvarıldığı iddia olunur.
Bura 4 hektarlıq badam bağları daxildir. Vaxtilə həmin ərazi badam sovxozu olub və Əsədovun sözügedən ərazini qanunsuzolaraq ələ keçirdiyi xəbər verilir. Məlumatda o da bildirilir ki, həmin ərazidə parnik tikintisi zamanı keçmiş spiker ustaların pulunu da verməyib və onları keçmiş MTN-lə hədələyib.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
NEWSCENTER.AZ