Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzulidən Şuşaya çəkilən yolun 6-7 km-lik hissəsi minalardan təmizlənib



Newscenter.az.22.02.2021. “Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun bu ilin avqust ayının sonuna qədər asfaltlanması və istismara verilməsi planlaşdırılır”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələr” mövzusunda brifinqdə deyib.

O, Şuşaya torpaq yolla gediş-gəlişin mümkün olduğunu qeyd edib: “Şuşaya çəkilən yolun 6-7 km-lik hissəsi minalardan təmizlənib. Biz həmin hissədə çınqıllı torpaq yol vasitəsilə gediş-gəlişi təmin etmişik. Amma yolun 61 km-ə yaxın hissəsi hələ minalardan təmizlənməyib. Bu səbəbdən orada iş aparılması hələ ki, mümkün deyil. Yol II texniki dərəcəli olacaq. Biz tikintidə çalışan insanların təhlükəsizliyini də nəzərə alırıq”, - o bildirib.
Xəbəri paylaş