Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rayon rəhbəri bir qrup gənclə görüşdü



Newscenter.az.3.03.2021. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğunun inzibati vəzifələrinin 3-7-ci təsnifatları üzrə müvafiq sertifikatlar almış, hazırda işsiz olan bir qrup gənclə pandemiya qaydalarına uyğun olaraq görüş keçirib.

Newscenter.az xəbər verir ki, RİH başçısı imtahanlarda yüksək nəticə göstərmiş İsmayıllı gəncləri ilə görüş zamanı onların problemləri ilə yaxından maraqlanıb. Rayon İcra Hakimiyyətində vakant vəzifələrə kadr təyinatı zamanı onların da nəzərə alınacağını bildirib.

Görüşdə iştirak edən gənclər onlara göstərilən xüsusi diqqətə görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Anar
Xəbəri paylaş