Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda Novruz bayramı necə qeyd olunurdu?-TARIXƏ SƏYAHƏT



Newscenter.az.20.03.2021. Qarabağ xanlığı yaradılmazdan öncə Şuşa şəhərinin yanında Novruz kəndi var idi.Bu kəndin sakinləri Qarabağda şirniyyatları, yeməkləri və bayram şənliklərinin keçirilməsi ilə məşhur idilər. Qarabağın ətraf ərazilərindən ilaxır çərşənbə və 20-21 martda bayram keçirmək üçün Novruz kəndinə gəlir və burda böyük tonqal qalanır, şənliklər keçirilirdi.

Pənahəli xan Şuşa qalasını tikib, paytaxtı bura köçürəndən sonra bu kənd şəhərə birləşdirildi və onun 17 məhəlləsindən birinə çevrildi. Amma bu kəndin sakinləri xanlığın süqutuna qədər Novruz bayramını keçirmək üçün məsul idilər.

Qarabağ xanlıq olaraq ilk Novruz bayramını ətraf ərazilərlə birgə Cıdır düzündə keçirməyə Pənahəli xanın vaxtından başlayıb. Novruz bayramı günlərində Pənahəli xan həbsxanada olanları azad edir, əsgərlərə pul göndərir, kasıbların evinə pay göndərirdi.

Qarabağda Novruz şənliyi ilk olaraq Xan sarayında Quran oxunması ilə başlanırdı. Dualar oxunurdu və sonra xan öz yaxınları və ətrafı ilə birgə Cıdır düzünə gedirdi. İlk tonqalı Pənahəli xan yandırırdı. Bundan sonra müxtəlif oyunlar olurdu. At yarışları, güləş və digər yarışların qalibinə Xanın qızıl pul hədiyyəsi olurdu. Axşama qədər şənliklər davam edirdi və gecə saat 9-00 da il təhvil olanda Xan saraya geri qayıdır və süfrə açdırırdı. Xanın əmri ilə kasıblar üçün bir süfrə, sarayda xidmət edənlər üçün ikinci süfrə açılırdı. Bayram bir neçə gün çəkirdi..

Bu gün Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə tonqala od vurması o tarixi faktı yadıma saldı..
29 ildən sonra Şuşada Azərbaycan bayrağı altında yenidən tonqal yandırılmasını görmək bir başqa gözəl hisslərdir...
Ocağımız Şuşada daha sönməsin...
Bayramımız necə də gözəldir

Zaur Əliyev-dosent
Xəbəri paylaş