Newscenter.az.13.04.2021. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Bəhrəmtəpə kənd sakini Əzizağa Əliyev yaşayış evinin həyətində qonaqların iştirakı ilə öz nəvəsinə toy məclisi təşkil etdiyi müəyyən edilib.
Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 3 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
XXX
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Tahir Məmmədov yaşadığı evdə qonaqların iştirakı ilə ad günü məclisi təşkil etdiyi müəyyən edilib.
Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 2 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
XXX
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.
Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.
Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 12 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.
Mehman