Newscenter.az.30.04.2021. Çox təəccüblü oldu bu məsələ, hətta inanılmaz qədər. Şəhid general Polad Həşimov ordumuzu təmsil etmiş rəhbər komandanlardan olub. Yəni dövlətin dərin müdafiə qatı, sisteminin məmuru olub. Şəhidliyindən sonra da, ölkənin nümunəvi dəyərli generalının xatirəsi, ailəsi, dövlətin qayğı təminatı və diqqəti nəzarətindədir. Bu halda, bir başqa, Qarabağ savaşında Azərbaycana yönəli ən azı dost olmayan mövqe tutmuş ölkə, İranın, dünya miqyaslı terrorçu kimi tanınınaraq, məhv edilmiş generalı, Kasim Soleimani adına ordeni, bizim şəhid general, Polad Həşimova nə əsasla və rəsmi qaydalı verilir? Özü də ki 1-ci Qarabağ savaşında bizə qarşı işğalçılıq edən ermənilərə döyüş təlimi keçmiş Kasim Soleimaninin adına.
Dünən də komadan ayılmayan bir, təzə şəhidin dəfn mərasimini izlədik, bütün mərasimə sanki, İran emissarlar aparıcılıq edirdi. Bu nədir, bu da təzə təbliğat diffuz yeridir Azərbaycan içərisinə son zamanlar İranın? Bütün 44 günlük Qarabağ savaşı boyu, Rusiyanın silahını ötür müharibəni etdiyimiz Ermənistana əsgərimizi qırsın, indi də savaşdan sonra gəl, həmin əsgər şəhidlərimizin dəfninə aparıcılıq et, əziz şəhid generalımızı da terrorçu generalının adına olan ordenlə təltif et!
Bu nədir, bu süni oyunlar məntiqi yuyub aparır. Bilmirsən, nə düşünəsən, güləsən, ya acıyasan.
30 illik Qarabağ münaqişəsi də, savaş da, bitdi, savaşın dar günündə dost da düşmən də aydın oldu mövqeləri ilə bitdi, İranın oyunları bitmədi. Deyəsən hamıdan, erməni-rusdan da qurtarsaq, bu, qapıdan çıxıb, pəncərədən girən, İran molla rejimindən qurtara bilməyəcəyik. Nədir fikirləri?
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri