Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İdarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var



Newscenter.az.16.06.2021. Ölkə Prezidenti cənab İlham Əliyev rəhbərlik sahəsində komandasına nə qədər yaxşı mənada şəxsi nümunə göstərsə də, xüsusən Dövlət xidmətində olan bəzi məmurlar bu nümunədən özləri üçün doğru nəticə çıxarmırlar. Rüşvətxorluq və korrupsiya xəstəliyinə tutulmuş, kadr siyasətini düzgün qura bilməyən vəzifəli şəxslər cənab Prezidentin ardıcıl olaraq etdiyi ciddi xəbərdarlıqdan yenə də lazım olan nəticəni çıxarmırlar, şəxsi qazanc naminə dövlətin qanunlarını pozurlar.

Dövlət xidmətini və Dövlətin strateji obyektlərini özünün şəxsi təsərrüfatı kimi idarə edən, Dövlət pulunu mənimsəyərək, şəxsi qazancını artlrmaqla məşğul olan, kadr xidmətini bərbat hala salan vəzifəli şəxslər Qanunların aliliyi prinsipini əsas tutmayaraq normal idarə etmək belə yadına düşmür. Kadr xidmətinin idarəciliyi rüşvətxorluq mərkəzinə çevrilib, əməkdaşların əksəriyyəti rəhbərliyə təyin edilmiş şəxslərin savadsızlığından və mədəniyyətsizliyindən olduqca çox əziyyət çəkir. Peşəkar və savadlı kadrlar sanki rüşvətxor, mədəniyyətsiz və savadsız rəhbərlərin ümidinə qoymaqla, onlara qəsd edirlər. Belə bir özbaşənalığa ömrünün çox hissəsini Dövlət xidmətinə sərf etmiş əməkdaşlarla düşmənçilik ədavəti aparmaqdan başqa ayrı cür dəyər vermək mümkün deyil.

Savadsız və təcrübəsiz rəhbərlər kimlərəsə arxalanaraq, rəhbər üçün müəyyən olunmuş bütün sərhədləri aşaraq, qanunlara məhəl qoymadan, əməkdaşlara qarşı çox kobud davranır, əməkdaşların qanunla müəyyən olunmuş haqqını pozmaqdan belə, çəkinmirlər...
"Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır". Bu sözləri Prezident İlham Əliyev deyib. O qeyd edib ki, dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar.

"Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verilib ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. Rəhbər, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, şərait yaratmalıdırlar, dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və bundan sonra da aparılacaq.

Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu bu gün də, deyirəm, əvvəlki çıxışlarımda da demişəm. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq müsbət nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.".

Cənab Prezidentin rəhbər vəzifəli şəxslər üçün müəyyən etdiyi prinsipləri bəzi xidmət sahələrinin rəhbərləri öz fəaliyyətlərində təmin edə bilmir, qoyduğu hazırkı tələblərə, xüsusən insanların problemlərini dinləməyə və həll etməyə qabiliyyəti çatmır. Bir sözlə, başını varlanmaq hərisliyi səbəbilə itirmiş, kadr siyasətini düzgün apara bilməyən bəzi rəhbərlərin bu sahəyə başçılıq etməsinə yalnız acımaq olar...

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş