Newscenter.az.16.06.2021. İyunun 16-dan Təhsil Nazirliyinin birbaşa tabeliyində olan, eləcə də Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib.
Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, imtahanlar 17, 18 və 21 iyun tarixlərində davam edəcək. Qəbul imtahanlarında 11 minə yaxın şagirdin iştirakı gözlənilir.
V-IX sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında da təşkil olunur. İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə isə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.
Qeyd edək ki, imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil edilir.
R.Mehdiyeva