Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlandda Qurtuluş Günü ilə bağlı konsert təşkil edilib



Newscenter.az.16.06.2021. COVİD lə bağlı sərt karantin məhdudiyyətləri yumşalıdıqdan sonra xaricdə yaşayan soydaşlarımızın ictimai həyatında da bir canlanma əmələ gəlmiş, bir sıra tədbirlərin keçirilməsinə start verilmişdir.

Newscenter.az xəbər verir ki, Niderland krallığında fəaliyyət göstərən Azərbaycan Niderland “ Odlar yurdu ” Cəmiyyəti, diaspor təşkilatı olaraq Qurtuluş günü münasibəti ilə möhtəşəm konsert proqramı sərgiləmişdir. Konsert proqramına qatılmış yerli və azərbaycanlı ictimaiyyət nümayəndələri konsert proqramını böyük maraqla izləmiş, təşkilatçı və iştirakçıları layiqincə alqışlamışlar.

Tədbirdə nəzərdə tutulmuş proqram çərçivəsində Azərbaycan bəstəkarlarının əsərləri - Tofiq Bakıxanovun skripka və fortepiano üçün yazılmış əsərləri, vokal əsəri olan “ Sevən könül “ musiqisi, eləcə də Vasif Adıgözəlovun “Qərənfil ” əsəri, italiya bəstəkarlarının əsərlərindən olan ariyalar, cəmiyyətin sədri Firəngiz Bağırovanın ifasında səslənmişdir.

Bundan savayı tədbirdə Bethovenin, Puççininin və digər dünya şöhrətli musiqi dahilərinin əsərləri ifa olunaraq böyük tamaşaçı marağına səbəb olmuşdur.

Konsert iştirakçıları sırasında Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundovun iştirak etməsi, tədbirə layiqincə önəm verilməsinin göstəricilərindən biridir.

Tədbirdən sonra Azərbaycandan gələn hədiyyələrin tədbir iştirakçılarına təqdimat mərasimi keçirilmişdir.

Holland ictimaiyyətini təmsil edən nümayəndələrin çıxışlarında bu cür tədbirlərin keçirilməsinin Azərbaycan - Niderland dostluğunun inkişafına yönəlik vacib tədbir olduğunu vurğulaması, tədbirin əhəmiyyətini bir daha sübut etmiş olur.
Bakı vaxtı ilə 22.00 da başlamış konsert proqramı saat 24.00 – a qədər davam etmişdir.

NEWSCENTER.AZ
Xəbəri paylaş