Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəyə göndərilən daha 4 qazimiz sağalaraq Vətənə geri dönüb



Newscenter.az.16.06.2021. Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb. Newscenter.az-a Fonddan bildirilib ki, bunlar Məmmədzadə Arif Mahir oğlu, İbrahimov Kamran Ceyhun oğlu, Bayramov Rahul Mərdan oğlu və İslamov Vüsal İslam oğludur.

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Sevinc
Xəbəri paylaş