Newscenter.az.18.10.2021. 22 oktyabr 2021-ci ildə İsrailin yeni seçilmiş baş naziri Bennetti Naftali Rusiyanın Soçi şəhərinə səfər edəcək və orada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Həm yaxın Şərqdə, həm də İran və Azərbaycan arasında vəziyyətin kəskinləşdiyi zaman dilimində İsrail baş nazirinin Rusiyaya səfəri heç şübhəsiz ki, təsadüfi deyil.
Nəzərə alsaq ki, həm Suriyada, həm də İraqda İrana məxsus hərbi bazaların tez-tez İsrail tərəfindən hədəfə alınması, yayılan informasiyalara görə İranın nüfuzlu növə alimi Möhsün Fəxrizadənin Tehran yaxınlığında Mossad tərəfindən planlaşdırılan sui-qəsd nəticəsində öldürülməsi, İsrail tərəfində mütəmadi şəkildə İranın nüvə obyektlərinə təşkil edilə kiber hücumlar da tərəflər arasında onsuz da mövcud olan gərginliyi daha da artırmasına səbəb olan amillərdəndir. Hər iki tərəfin daima bir-birini qarşılıqlı şəkildə təhdid etməsi tərəflər arasında gərginliyin artan xətt üzrə davam etməsindən xəbər verir.
Son günlər İran və Azərbaycan arasında artan gərginlik və İran tərəfinin Azərbaycana qarşı səsləndirdiyi iddiasının məhz İsraillə bağlı olması, həmçinin İsrail baş naziri Bennetti Naftalinin BMT Baş Assambleyasında çıxışızamanı “İran nüvə proqramı ilə bağlı bütün qırmızı xətləri keçib” ifadəsini işlətməsi də, fikrimcə, təsadüfi deyil hesab edilə bilməz və bu proseslər regionda baş verə biləcək mümkün mühribə ssenarisinin tərkib hissəsi kimi də qəbul edilə bilər.
Həmçinin Azərbaycanla yaşadığı gərginlikdən sonra İran XİN başçısı Əmir Hüseyn Abdullahiyanın Moskva səfərindən əliboş qayıtması isə İranın İsraillə mövcud olan gərginlikdən narahat olduğunu deməyə əsas verir.
Bütün bu baş verənləri təhlil edərkən ortaya bir sıra suallar çıxır; İsrail İrana birbaşa hücum edə bilərmi? Əgər edərsə kimlər İsrailə qarşı ola bilər yaxud kimlər İranın yanında ola bilər? Həqiqətənmi İsrailin əsas hədəfi İranı parçalamaqdır yaxud İranı nüvə məsələsindən çəkindirməkdirmi? Hesab edirəm ki, bütün bu sualları araşdırarkən öncə ona diqqət etmək lazımdır ki, İran üçün əsas olan dünyanın güc mərkəzlərini yanında görməkdir. Yəni mümkün mühribə baş verərkən İranı hansı dövlətlər dəstəkləyə bilər? Şübhəsiz ki, burada ilk ağıla gələn Rusiya və Çindir. İranla güclü müttəfiqlik münasibətlərinə malik olsalar da, nə Rusiya, nə də Çin İranın növə silahı əldə etməsinin tərəfdarı deyil. Hətta demək mümkündür ki, Rusiya 2007-ci və 2010-cu illərdə BMT TŞ-da nüvə məsələsinə görə İrana qarşı tətbiq edilən sanksiyalara nəinki veto qoymadılar, hətta dəstək verdi. Onu da qeyd etmək lazımdır ki, 2018-ci ildə ABŞ nüvə razılaşmasından çıxıb, İrana qarşı müharibə məsələsini gündəmə gətirərkən ABŞ baş katibi Mayk Pompeo Moskvaya səfər etdi və prezident Vladimir Putinlə görüşdü. Bu görüşdən sonra tərəflər brifinq keçirdilər və həmin brifinqdə Rusiya prezidenti Valdimi Putin İranı nəzərdə tutaraq bildir ki, "Rusiya bölgədə yanğın söndürən maşın funksiyasını icra etmir və hər kəsi uzlaşmaq üçün yollar tapmalıdır". Bunun isə hansı anlam daşıdığı, fikrimcə, hər kəsə aydındır.
Yəni son illərdə baş verən proseslərə baxaraq belə qənaətə gəlmək olar ki, Rusiya və Çin İranın nüvə silahına malik olmasını istəməsələr də, ona qarşı hansısa müharibə ssenarisinin olmasının tərəfdarı deyillər. Məhz buna görə də, hesab edirəm ki, İsrail baş naziri Bennetti Naftalinin Rusiyaya səfərində də əsas məqsəd Vladimir Putinə İranın son zamanlar atdığı addımların çox ciddi təhlükəyə səbəb olduğunu və belə davam edərsə İranın vurulacağını izah etməkdir. İsrail baş naziri həmçinin Putinə izah edə bilər ki, onların məqsədi İranı deyil, İranın nüvə obyektlərini vurmaqdır.
Hadisələrin gedişatından belə qənaətə gəlmək olar ki, İsrail baş naziri Bennetti Naftali Rusiyadan sonra Çinə də səfər edə bilər.
Hesab edirəm ki, İsrail baş naziri Benneti Naftali Putinin yanına Mossadın hazırladığı hesabatı da apara bilər ki, bu da regiondakı real vəziyyətin tam şəkildə əks etdirilmək üçün kifayətdir.
Samir Hümbətov-siyasi ekspert