Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev: "Biz Göyçəyə, Basarkeçərə bir nəfəs qədər yaxınıq"



Newscenter.az.30.11.2021. "Cənab Prezident Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Sərəncam imzaladı. Bu, bütün Ələsgərsevərlərin hədsiz sevincinə səbəb oldu".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib ki, vaxtilə Basarkeçərdə Ağkilsədə Aşıq Ələsgərin büstü var idi. Faşist ermənilər həmin büstü oğurlayıblar:

"İnanıram ki, Cənab Prezident Şuşadakı “Güllələnmiş heykəllər”i öz tarixi yerinə qaytardığı kimi Dədə Ələsgərin həmin büstünün də öz tarixi ünvanında - qədim Göyçə mahalında ucaldılmasını da gerçəyə çevirəcək və bizi yenə sevindirəcək".

Vaqif Abdullayev əmin olduğunu bildirib ki, Gədəbəydəki Aşıq Ələsgər adına Aşıq Məktəbi də Basarkeçərdə fəaliyyət göstərəcək:

"Biz indi buna daha çox inanırıq, Biz Göyçəyə, Basarkeçərə bir nəfəs qədər yaxınıq".

Anar
Xəbəri paylaş