Newscenter.az.4.02.2022. 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2022-ci il fevralın 1.də Azərbaycan Respublikası Milli Mıclisində və fevralın 4-də Türkiyə Böyük Millət Məclisində qəbul edilməklə iki qardaş dövlətin müttəfiqliyin yeni mərhələyə daşınması qanun səviyyəsində təsbit olundu. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun Ermənistan üzərində əldə etdiyi qələbədən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi dövlətçilik tariximizin ən mühüm sənədlərindən biridir. Bəyannamə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin, iki qardaş ölkə arasında imzalanmış sənədlərə, beynəlxalq hüquqa, BMT-dən tutumuş digər beynəlxalq və regional təşkilatlara qədər bütün qurumların Qarabağla bağlı qərar və qətnamərinin ruhunu ifadə edir. Bu sənəd hərbi-strateji, siyasi, iqtisadi, regional, geosiyasi və geoiqtisadi və sair cəhətdlərdən çox mühüm əhəmiyyət kəsb edir.
Uzun illər diqqət çəkəcək və xatırlanacaq Şuşa Bəyannaməsi həm Ermənistandakı məlum siyasi dairələrə və onlara havadarlıq edən qüvvələrə,həm də ümumiyyətlə dünyaya verilən çox açıq və ciddi mesaj mahiyyəti daşıyır.Həmin mesajlar arasında hərbi tərəfdaşlıq mesajı xüsusi önəm daşıyır.Bu baxımdan Şuşa Bəyannaməsinin ən mühüm özəlliyi onun təhlükəsizlik aspektidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bu, çox ciddi bir tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir. Bu Bəyannamənin əhəmiyytinin həmin aspektləri Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün bəyanatlarnda və digər açıqlamalırında çox aydın şəkildə öz əksini tapıb:.Azərbaycan prezidenti bildirub ki, “Türkiyə ilə biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq.” Türkiyə prezidenti bildirib ki,“Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.
Şuşa Bəyannaməsi imzalananının növbəti günü,yəni ötən il iyunun 16-da Türkiyə Prezidenti Azərbaycan Respublikasının Milli Məclisindəki növbəti tarixi çıxışında parlamaent tribunasından dünyaya bir daha bəyan etdi ki, Azərbaycan tək deyil və bildirdi ki, bundan sonrakı əməkdaşlığımız hərbi, iqtisadi, eləcə də bütün sferalarda daha yüksək səviyyədə və yeni keyfiyyət halında davam edəcək.
Şuşa Bəyannaməsinin əhəmiyyəti bir də onunla əlaqədardır ki,onu dünya miqyasında güc mərkəzinə və söz sahibinə çevrilmiş Türkiyə ilə, tarixdə çox nadir hadisələrdən birini-işğal altnda olan torpaqlarını işğaldan azad etməyi bacaran Azərbaycan imzalayıb.Bu iki qardaş ölkənin gücünü birləşdirilməsi elə bir təminatdır ki,bu gücə heç kim qalib gələ bilməz.
Şuşa Bəyannaməsinin altında Azərbaycan və Türkiyə prezidentlərinin imzası olsa da,onun beynəlxalq konteksdə genişmiqyaslı xarakterə malik olması həm də ona dəlalaət edir ki, Türk Dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərəcək, orada öz əksini tapan məqamların çoxu gələcəkdə iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə etməsinin də şahidi olacağıq.
Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsində qazandığı şanlı qələbə nəticəsində regionda yaratdığı yeni reallıq praktiki nəticələr verməyə başlayıb. Azərbaycan həmin reallığın mühüm komponenti kimi işğaldan azad edilmiş ərazilərin bərpası əsasında regionda heç kimə qarşı olmayan,yalnız sülhə,əmin-amanlığa,qarşılıqlı faydalı əməkdaşlığa və regionun tərəqqisinə xidmət edən yeni siyasi,iqtisadi,diplomatik prosesə başlayıb.Ermənistann öz havadarlarını köməyi ilə xarabazara,hər qarışı minalanmış döyüş meydanına çevirdiyi Qarabağı Azərbaycan tukinti meydanına, əməkdaşlıq arenasına çevirir.Həmin proses beynəlxalq aləmdə yaxşı qarşılanır.Beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilərin bərpasına və komunikasiyaların açılmasına yaşadığımız bölgədə sülh,sabitlik, tərəqqi üçün, Azərbaycan, Ermənistan, Türkiyə və digər region ölkələri üçün yeni formatda əməkdaşlığın bərqərar olması və davamlı xarakter almasının ən vacib amillərdən biri kimi baxır. ABŞ da Avropa da,hətta müharibə zamanı tam əks mövqedə olan dövlətlər belə yeni geosiyasi reallıqları qəbul edir və ya ona uyğunlaşırlar. Azərbaycan və Türkiyə mənafe və məqsəd birliyi şəraitində Şuşa Bəyannaməsində öz əksini tapan hədəflərə doğru hərəkət birliyi nümayiş etdirir.
Azərbaycan 30 ilə yaxın işğal altlnda olan torpaqları azad etməklə və işğaldan azad olunan ərazilərindəki geniş miqyaslı bərpa işləri həyata keçirməklə dünyaya nümayiş etdirir ki,milli həmrəylik şəraitndə, xalq-dövlət-ordu və həm də iki qardaş ölkə-Azərbaycan və Türkiyə bir olanda tapdanmş haqq-ədaləti necə bərpa etmək olar. Azərbaycanın haqq-ədaləti bərpa etməsi ilə həm də uzun zaman kəsiyindən sonra Türkiyə çox möhtəşəm bir şəkildə Cənubi Qafqazın siyasət və hərb səhnələrində öz layiqlı yerini tutdu.Belə bir gerçəklik şəraitində Azərbaycan Qarabağı yeni həyata qaytarmaqla yanaşı, həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni davranış tərzi, yeni həyat,yeni perspektivlər təklif edir. Bu kontekstdə Şuşa Bəyannaməsinin əsas qayəsi də elə ondan ibarətdir ki,Azərbaycan və Türkiyə dostluq,qardaşlıq və işbirliyini daha yüksk zirvələrə daşımaqla həm özləri, həm də region ölkələri üçün yeni əməkdaşlıq modeli, yeni mühit yaradır və yaxşı gələcəyi olan perspektivlər təklif edirlər. 44 günlük İkinci Qarabağ Müharibəsi intelektual müharibə olmaqla yanaşı, həm də gəncliyimizin inteleki ilə vətənpərvərliyin effektif kombinasinın nələrə qadir olduğunu ortaya qoydu.44 günlük İkinci Qarabağ Müharibəsindəki şanlı qələbəmizin məntiqivə həmin məntiqdən yaranan Şuşa Bəyannaməsi diqtə edir ki, qələbəmizi qoruyub saxlamaq və inkişaf etdirmək və tamamlamaqdan ötrü biz postkonflikt mərhələsində də yumruq kimi bir,həmrəy,eyni zamanda həm də hərbi sahə ilə yanaşı, bütün digər sahlərdə də- iqtisadiyyatda, elmdə, təhsildə və digər sahələrdə rəqabət qabiliyyətli olmalıyıq!!!
Əli Məsimli-Milli Məclisin deputatı