Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın taxıl ixracına qoyduğu qadağa Azərbaycana necə təsir göstərəcək?



Newscenter.az.11.03.2022. Rusiya həm özünün, həm də Avrsiya ittifaqının taxıl ixracatını dayandırıb. Özünün bu qadağası 1 iyula kimidirsə, AİB üçün 31 avqusta kimidir. Rusiya bu ixracatları dayandırmaqla, öz ehtiyatını qorumuş olacaq. Hesab edirəm ki, bu addımı ərzaq təhlükəsizliyi ilə bağlıdır. Həmçinin Avrasiya ittifaqına daxil olan(Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan) dövlətlər əvvəllər rüsum ödəmirdilər, daha doğrusu az miqdarda ödəyirdilər. Bu həm də sui-istifadənin qarşısını almış olacaq. Rusiya taxılının əsas alıcıları qərb deyil, Türkiyə və İrandır. Yəni Rusiya bunu qərbı küncə sıxışdırmaq üçün deyil öz ehtiyatı üçün edir.

Azərbaycanın taxıl idxalının bir xeyli hissəsi Qazaxıstan və Rusiyadan gəlir. Ancaq özünün taxıl ehtiyatı mövcuddur. Lakin buna baxmayaraq bu ölkə iqtisadiyyatına müəyyən qədər mənfi təsir göstərmə qabiliyyətindədir. Əgər bu ixracat qadağası uzun müddət davam edərsə problem arta bilər. Ancaq Rusiyanın bu qadağası iyul-avqust ayları üçün keçərlidir. Rusiya bunu düşünülmüş şəkildə edir. Xüsusilə bu aylara qədər olması, bəlkədə müharibədə, sanksiyalarda nəsə yumşalmalar oldu.

Azərbaycan taxıl sektorunda xarici asılılığı azaltmaq üçün fermerlərə subsidiyaları artırmaqla nəticə əldə edə bilər. Ümumiyyətlə, hər hansı bir ölkənin bir sferasındakı boşluğu xaric ödəyirsə, o gələcəkdə problem yarada bilər. Buna nümunə kimi, ikinci dünya müharibəsindən sonra Amerikanın "marşal" siyasəti nəticəsində Türkiyənin yağ sektorunda boşluq yaradaraq özündən asılı salmağı göstərmək olar.

Un məhsulunun 26 manatdan 38 manata qalxması da bazardakı tarazlılıqsızdıqdan qaynaqlanır.

Amma Azərbaycan avrasiya ittifaqının üzvü deyil və başqa taxıl ixrac edən ölklərdən idxalat edə bilər.

Elman Vəliyev-siyasi ekspert
Xəbəri paylaş