Dünən axşam Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının vasitəçiliyi və təşkilatçılığı ilə Azərbayacan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan atasında görüş baş tutdu. Bu görüşdə həmçinin Aİ-nın prezidenti Şarl Mişel də iştirak edirdi.
14 dekabr 2021-ci ildən sonra bu tərəflər arasında ikici görüşdür. Əlbəttə ki, birincidən fərqli olaraq ikinci götüşə nisbətən də olsa obtimis yanaşmaq olar və hesab etmək olar ki, tərəflər arasında hansısa məsələlərdə razılıq əldə etmək mümkün ola bilər.
Son zamanlar Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə qarşıdığı bir vaxtda Ermənistan tərəfindən rəsmi Bakıya sülh mesajlarının verilməsi də məhz bundan qaynaqlandığını düşünmək olar.
Nəzərə alsaq ki, II Qarabağ savaşından bəri Azərbaycan tərəfi daima qarşı tərəfə sülh mesajları vermiş, amma bu mesajlar cavabsız qalmışdır. Əlbəttə bir müddət öncə hər iki tərəf qarşılıqlı şəkildə sülh üçün özlərinin təkliflərini irəli sürmüşdür və bu təkliflər daha çox tərəflərin öz maraqlarını təmin etməyə hesablanmışdır. Xüsusilə də burada Ermənistan tərəfinin təklifləri daha çox diqqəti cəlb edir.
10 Noyabr 2020-ci ildə Azərbaycan-Ermənistan-Rusiya rəhbərləri arasında imzalanmış üçlü bəyannaməni şərtlərini həıə də yerinə yetirməyən Ermənistanın Azərbaycana hələ də şərt irəli sürməsinin özü belə absurd addımdır.
Burada digər maraqlı məqam Rusiyanın başının Ukraynada aparsığı işğalçı müharibəyə qarşıdığı vaxtda Qərbin Ermənistan-Azərbaycan arasında vasitəçilik təşəbbüsünü ələ almaq cəhdləridir. Əlbəttə ki, Qərbin burada bir çox marağı var və əsas etibarı ilə onu təmin etməyə çalışır. Qərb üçün burada ilk növbədə iqtisadi maraqların təmin edilməsidir. Xüsusilə burada ilk yada düşün qaz məsələsidir. Yəni Azərbayacan qazının Avropa məkanına daha təhlekəsiz çıxarılması Aİ üçün əsas prioritetlərdən hesab edilir. Rusiya-Ukrayna müharibəsi fonunda bu məsələ daha da aktuallaşır. Təbii ki, burada Avropa üçün Azərbaycan qazı ağla gələn ən optimal variant hesab edilir. Azərbaycan qazının TANAP və TAP layihəsi üzərindən Türkiyəyə və Avropaya çıxarılması bir ildən ərtıqdır ki, davam edir. Verilən məlumatkara görə TANAP və TAP layihəsi üzrə 2020-ci ildə ilkin mərhələ kimi 16 milyard kub metr, 2023-cü ildə başlayaraq ikinci mərhələdə isə 23 milyard kub metr və nəhayət 2026-cı ildən başlayaraq isə üçüncü mərhələ kimi qaz nəqli 31 milyard kub metr təşkil edəcək. Əlbəttə gələcəkdə qaz nəqlinin daha da artırılması nəzərdə tutulur. Görünür ki, bu proses Türkmənistan qazının bura qoşulması ilə gerçəkləşəcək.
Əlbəttə bu statistikaya nəzər saldıqda Aİ-nın Azərbaycanla niyə yaxınlaşmaq marağında olduğunu anlamaq mümkündür. Yəni tərəflər arasında vasitəçilik etməklə sülhə nail olmaq və beləliklədə özünün enerji təhlükəsizliyini təmin etmək.
Burada digər önəmli faktor məhz Çin amilidir. 2013-cü ildən başlayaraq həyata keçrilən "Bir Kəmər, Bir Yol" layihəsi Cənubi Qafqazı da əhatə edir ki, bu da Qərbi, xüsusilə də ABŞ-ın maraqlarına cavab vermir. Məhz buna görə də ABŞ Aİ vasitəsi ilə regionda geostrateji maraqlarını təmin etməyə çalışır.
Görünən ondan ibarətdir ki, Qərbin uzunmüddətli strateji planları ilə Ermənistan tərəfi Azərbaycanla danışıqlar masasına oturacaq. Əlbəttə ki, Ermənistandakı mövcud hökumət bu addımı qərbə inteqrasiya yolunda bir vasitə kimi görür. Ona görə də Paşinyan hökuməti üçün həm qərbə inteqrasiya yolunda, həm də dövləti iqtisadi tənəzzüldən çıxarmaq üçün ən ideal variant məhz danışıqlar masasına oturmaq və yekun həll yolu tapmaqdır.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi