Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi qonşularımız Vaşinqton razılaşmalarını qəbul edə bilmirlər

Bəzi qonşularımız Vaşinqton razılaşmalarını qəbul edə bilmirlər


"Son vaxtlar regionda baş verən gərginlik bəzi qonşularımızın Azərbaycanın yürütdüyü müstəqil siyasəti həzm edə bilməməsindən irəli gəlir. Yaxın dövürdə Zəngəzur dəhlizi açılacaqdır. Azərbaycan öz ərazisində tikinti işlərini gələn ildə başa çatdıracaq".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, Ermənistan ərazisində də yaxın vaxtlarda müəyyən işlərə başlanacağını düşünür:

"Mövcud gərginliyin isə Zəngəzur dəhlizinin açılmasına və Ermənistanla yekun sülh müqaviləsinin imzlanmasına qədər davam edəcəyini hesab edirəm. Çünki, bəzi qonşularımız Vaşinqton razılaşmalarını, kommunikasiyaların açılmasını, regionumuzun beynəlxalq arteriya olaraq böyüməsini qəbul edə bilmirlər. Təbii ki, kimin necə baxmasından və nə danışmasından asıllı olmayaraq proselər öz axarı ilə davam edəcək. Gərginlik isə zaman keçdikcə səngiyəcək və iki ölkə arasında münasibətlər əvvəlki səviyyəyə qayıtmasa belə müəyyən qədər yenidən normallaşacaq".

Süleyman
Xəbəri paylaş