
"Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində addımlar atılır. Həmçinin Azərbaycanla Ermənistan arasında de-fakto sülh əldə edilib. Ermənistanda revanşist -muxalifətin liderlərindən olan sabiq prezident Robert Koçaryanın Respublika partiyası "erməni soyqırımının" inkarını cinayət hesab edən qanun layihəsini yenidən parlament gündəliyinə çıxarır. Məqsəd N. Paşinyanı seçki öncəsi qondarma soyqırımından imtina etməkdə günahlandırımaq və Türkiyənin maraqlarına xidmət etdiyini görüntüsünü yaratmaqdır".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Ermənistan müxalifəti Rusiyanın dəstəyi ilə kifayət qədər çalışır ki, seçki öncəsi xaos yaratsın:
"Artıq Rusiya rəsmiləri öz açıqlamalarında erməni revanşistlərinin mövqeyinə uyğun danışır. Bu onu göstərir ki, Rusiya Azərbaycanla münasibətlərin inkişafında deyil, yenidən ermənilərin əli ilə ərazi iddialarını qaldırmaq siyasətində maraqlıdır".
Süleyman












































