
Özbəkistan Futbol Assosiasiyasının dəvəti ilə FİFA prezidenti Canni İnfantino Özbəkistanda futbolun gələcək inkişafı ilə bağlı layihələri müzakirə etmək, Milli Futbol Mərkəzi ilə tanış olmaq və “CAFA Nations Cup 2025”in final oyununu stadiondan izləmək üçün bu ölkəyə səfər edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, FİFA nümayəndə heyətini Daşkənd Beynəlxalq Hava Limanında Özbəkistan Respublikasının idman naziri Adham İkramov, Asiya Olimpiya Şurasının vitse-prezidenti, Milli Olimpiya Komitəsi sədrinin birinci müavini Otabek Umarov, Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov və rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, “CAFA Nations Cup 2025”in final görüşü bu gün saat 19:30-da Daşkənddəki yeni Olimpiya Stadionunda keçiriləcək. Özbəkistan millisi qızıl medal uğrunda İranla qarşılaşacaq. Həmin gün üçüncü yer uğrunda görüşdə Oman və Hindistan yığmaları mübarizə aparacaq.
Süleyman