Aprel ayının 6-da Brüssel şəhərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla son dörd ay ərzində ikinçi dəfə görüşü keçirilmişdir. Bunu Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən əsası qoyulmuş Brüssel sülh gündəliyinin davamı kimi qiymətləndirmək olar. Hər şeydən göründüyü kimi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsi öz müsbət təsirini göstərməkdədir. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizmin və formatın yaranması artıq reallıqdır. Qısa müddət ərzidə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətində yüksək səviyyədə aparılan bu danışıqlar, eləcə də, son iki ayda Azərbaycan Prezidenti ilə nüfuzlu dünya liderləri, bir sıra dövlət və hökumət başçıları arasında dialoqlar, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar əyani şəkildə sübut etməkdədir ki, Cənubi Qafqazda maraqlı olan dövlətlər, beynəlxalq təşkilatlar, xüsusilə də, Avropa İttifaqı 44 günlük müharibədən sonra regionumuzda yaranmış yeni geosiyasi reallığı və Azərbaycanın bu regionda söz sahibi olduğunu, liderliyini qəbul edirlər. Baş verən bu hadisələr fonunda əminliklə demək olar ki, istər Ermənistanın, istərsə də onun havadarlarının cəhdlərinə baxmayaraq indi əksəriyyət Qarabağ münaqişəsinin həll olunduğunu, ATƏT-in bədnam Minsk Qrupunun lazımsız təsisata çevrildiyini qəbul edirlər.
Aparılan üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması haqqında qərarın qəbul edilməsini, danışıqlarda Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkiliflərin əsas götürülməsini; sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılığın əldə olunmasını Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar hesab etmək olar. Əminliklə söyləmək olar ki, üçtərəfli görüşdə işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, həyata keçirilən quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstəriləcəyinin vəd edilməsi; I Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin tapılması; nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi məqsədi ilə İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması haqqında qərarların qəbul edilməsi şübhəsizdir ki, regionumuzda gərginliyin azalmasına, qarşılıqlı faydalı işgüzar mühitin yaranmasına xidəmət edəcəkdir.
Aprel ayının 6-da Brüssel şəhərində Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların dövlətimiz tərəfindən yerinə yetiriləcəyi heç bir şübhə doğurmur. Ancaq Ermənistanın bu razılaşmalara riayət edəcəyi o qədər də inandırıcı görünmür. Məsələ ondadır ki, Brüsseldən qayıdandan sonra N.Paşinyan hökumətinin iclasında qeyd edib ki, ötən həftə Azərbaycanın irəli sürdüyü təklifləri məqbul hesab edir. Ancaq yenə də erməni xislətinə uyğun olaraq və havadarlarına arxayınlıq nümayiş etdirərək Qarabağda yaşayan ermənilərin təhlükəsizliyindən, onlara status verilməsindən bəhs edib, deyib ki, bu məsələlər gələcək danışıqların predmetinə çevrilməlidir.
Brüssel danışıqlarından əvvəl Rusiya prezidenti V.Putinin həm İlham Əliyevə, həm də N.Paşinyana telefonla zəng etməsi, eləcə də, görüşdən sonra S.Lavrovun erməni xarici işlər nazirini Mockvaya dəvət etməsi göstərir ki, Rusiya, Azərbaycanla Ermənistan arasında ikitərəfli gürüşlərdən və onların nəticəsində əldə edilmiş razılaşmalardan o qədər də məmnun deyil və regionda mövcudluğundan istifadə edərək bu razılaşmaların həyata keçirlməsinə imkan vermək istəmir. Görünür həm Ermənistan, həm də Rusiya 44 günlük müharibənin nəticələrindən ibrət dərsi almayıblar və regionumuzda yaranmış yeni reallıqları qəbul etmək istəmirlər. Cənalar, dəmir yumuruğun dadını yenidən hiss etmək istəmirsinizsə ağlınızı başınıza yığın!
Teyyub Əliyev-Azərbaycan Təkamül Partiyasının sədri