Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə əlavə sosial müdafiə tədbirlərinə ehtiyac var

Ölkədə əlavə sosial müdafiə tədbirlərinə ehtiyac var


1 aydan çoxdur ki, Azərbaycan neftinin 1 barrelinin qiyməti 100 dollardan aşağı düşmür. OPEK+ ölkələrinin razılaşmasına görə Azərbaycanın gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barrel artırılaraq 688 min barrelə çatdırılması nəzərdə tutulur. Orta qiyməti 100 dollardan hesablayanda gündəlik neft gəliri hazırda 68,1 milyon dollara çatır ki, ondan da məsrəfləri və şirkətlərin hasilatın pay bölgüsündə iştirakına görə əldə etdiyi mənfəət neftini çıxanda gündəlik gəlir təqribən 50 milyon dollar ətrafında olur, bu isə ayda 1,5 milyard dollar qazanc deməkdir.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. O bildirib ki, bununla bağlı Dövlət Neft Fondunun hər ayın əvvəlində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərə dair açıqlaması olsa da nədənsə aprel ayında Fond mart ayı üçün belə məlumatları dərc etməyib:

"Baxmayaraq ki, müvafiq məlumatlar əvvəlki ayların birinci həftəsində açıqlanıb. Mart ayında əldə edilən gəlirlərin nədən gec açıqlanmasının səbəbləri barədə də Fondun saytında izahat da verilmir".

Qubad İbadoğlu hesab edir ki, Rusiyanın Ukraynaya təcazüvünə görə dünya bazarlarında baş verən qiymət artımından əldə edilən əlavə neft gəlirlərini əhalinin maddi rifahının yaxşılaşmasına yönəltmək əvəzinə hökümət hazırda nəqliyyatda gediş haqqını, benzinin qiymətlərini qaldırmağa hazırlaşır:

"Mart ayında havaların soyuq keçməsi ilə əlaqədar qazın aşağı tarifi üzrə limitini aşanların kommunal xidmətlərə görə borclarının yarandığı hazırkı şəraitdə bazarda durmadan bahalaşan ərzaq məhsullarının, məişət mallarının və dərmanların qiymətlərindəki artımı nəzərə alsaq aprel ayı üçün yaşam şərtləri əvvəlkilərdən də ağır olacaq. Əgər hökümət hesab edirsə inflyasiya hesabına yaranan məsrəfləri üç aydan bir pensiyaçıya 50 manat ödəməklə kompensasiya edir, deməli hökümətin hesablamaları düzgün deyil, yanlışdır. Belə ki, son zamanlar kasıblıq oğurluq hallarının artımına, cinayətkarlığın inkişafına xeyli vüsət verib".

Ekspert hesab edir ki, xüsusilə də aztəminatlı əhaliyə artan kommunal və nəqliyyat xərclərinə görə əlavə sosial müdafiə tədbirlərinə ehtiyac var:

"Xatırladım ki, Azərbaycan dövlət büdcəsinin martın 1-ə olan 2 aylıq profisiti (artıq vəsaiti) 1 milyard 941 min manat təşkil edib. Demək istəyirəm ki, pul var, sadəcə onu kasıba vermirlər, daha doğrusu haqqı olanlar onu əldə edə bilmirlər".

Mehman
Xəbəri paylaş