Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağın bərpasını tək bir dövlət qarşılaya bilməz

Qarabağın bərpasını tək bir dövlət qarşılaya bilməz


İkinci dünya müharibəsindən sonra dağılmış Avropanın bərpasında Marşal planı müstəsna rol oynayıb. O cümlədən, son iki ayda ağır müharibə meydanına çevrilən Ukraynaya 3.5 mliyard dollarlıq kömək göstərən dövlətlər, həmçinin Britaniyanın baş naziri, Amerika Konqresi və digər parlamentlərin irəli sürdükləri bərpa layihələri gerçəkləşdirilir. İstər 75 il əvvəl Avropanın, istərsə indi Ukraynanın müharibə yaralarını sağaltması üçün nəzərdə tutulan planlara xalqımız da sevinir, çünki humanist addımlardır və ölkəmiz də o kampaniyada iştirak edir. Lakin 10 noyabr 2020-ci ildən bu yana dünya dövlətlərindən tutumlu bir yardım almayan ölkəmiz haqlı olaraq soruşur-nə üçün, hansı səbəbdən? Bəlkə irqi, dini, milli əlamətlər üzündən Qarabağın qurucluğu belə ayrıseçkilik ünvanıdır?

Prezident İlham Əliyev son müşavirədə haqlı olaraq soruşur, sitat:” belə qanlı müharibələrdən sonra-donor konfransları keçirilir, beynəlxalq təşkilatlar yığışır və bərpa planları icra edir.Bir fond belə bizə heç bir yardım göstərməyib. Nə üçün?”.Bu sözlər dünya dövlətləri, eləcə də Şuşaya deyil, Moksvaya və Kiyevə səfərə hazırlaşan BMT baş katibi Quttereşə verilən çətin suallardır.

Əlbəttə, 2-ci dünya müharibəsinin nəticələri ilə son 30 ildə Ermənistan-Azərbaycan savaşını fərqli miqyaslarına görə müqayisə etməyə bilərlər. Lakin Qarabağ lokal ərazi münaqişəsi olmayıb SSRİ-nin yaranması və süqutunda böyük rol oynayıb. Özü də söhbət təkcə bir milyona qədər köçkünün Vətənə dönüşündən getmir, bütövlükdə Qafqazın xilası, ənənəvi ticarət yollarının bərpası, iqtisadi və siyasi təhlükəsizlikdən gedir.

Hamıya məlumdur ki, Qarabağın bərpasına 100 milyardlarla manat vəsait gərəkdir. Onu tək bir dövlət qarşılaya bilməz. Elə isə nə üçün Türk Dövlətləri Təşkilatı xeyirxah bir aksiya keçirmir? Yaxud, islam ölkələrinin xüsusi fərqlənməsi hazırki müqədddəs Ramazan ayının xeyirxahlıq, mərhəmət prinsiplərinə uyğun olmazmı?Minaların təmizlənməsinə hərəsi çox 10 milyon dollarlıq yardım etsə, tarixi Mina dağını ziyarət etmiş olarlar!

O cümlədən, Amerikada general Corc Marşalın əməl varisləri Qarabağda azad edilən torpaqlarda bir küçənin bərpasını üzərlərinə götürə bilməzlərmi? 100 il əvvəl Xəzər dənizinə donanma ilə gələn general Tomsonun Qarabağda yeganə ali hakimiyyət rəhbəri kimi tanıdığı Xosrov bəy Sultanova münasibətini indi Britaniya hökuməti təkrarlasa, Şuşada bir məhəllənin quruculuğunu öz üzərlərinə götürsə, ədalətli olmazmı? İki dəfə Bakıya gələn Şarl de Qollun Müqavimət hərəkatında vuruşan azərbaycanlılara ehtiramını davam etdirmək üçün yenidən seçilən Makrondan çoxmu fədakarlıq tələb olunur? Axı həmin dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar. Biz o şəhərlərdə hər kəsin əməlini öz adı ilə yazıb tarixiləşdirəcəyik. Ona görə də ölkə rəhbərinin Qarabağın Quruculuğuna Beynəlxalq Yardım Fondunun yaradılması ideyasını hər birimiz müdafiə edirik.

Yoxsa, son 30 ildə və 44 günlük müharibədə o dövlətlərin davranışları nə olubsa, indi bərpa və yenidən məskunlaşmaya, Böyük qayıdışa də eyni münasibəti görürük. Lakin “Əliyev planı” ilə onsuz da Marşal layihəsindən daha müqəddəsdir-çünki onu tək bir dövlət edir! Prezident Əliyev 44 günlük hərbi meydanda kimdirsə, inşaat meydanında da həmin Qurucu liderdir!

Zahid Oruc-Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı
Xəbəri paylaş