Dünya Azərbaycanlılarının “Zəfər qurultayı”nın çox böyük tarixi mənası var. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür.
Şuşada, Zirvədə Zəfər qurultayı başa çatdı. Dünya azərbaycanlılarının təşkilatlanması və fəaliyyətində artıq yeni bir mərhələ başladı. Bu mərhələnin Yol Xəritəsini isə Zəfər Qurultayında Prezident İlham Əliyev çəkdi.
Dünya azərbaycanlıların qurultayının əsası 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider həmin qurultayda çıxış edərkən bildirib ki, “Gün gələcək bu qurultay Şuşada və işğaldan azad edilmiş Azərbaycanımızın digər şəhərlərində keçiriləcək”.Həmin Qurultayda Ulu Öndər qətiyyətlə bildirmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, ərazilərimizi işğaldan azad olunacaq və xalq öz torpaqlarına qayıdacaq.Bu uğurlu başlanğıcdan sonrakı dövrdə Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə dünya azərbaycanlılarının daha üç qurultayı keçirilib. Bu qurultayların hər birinin xalqımızın tarixində öz yeri və əhəmiyyəti vardır.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin dediklərini reallığa çevirdi. Şuşanın işğaldan azad edilməsindən sonra xalqa müraciət edən dövlətimizin başçısı üzərinə götürdüyü çox çətin vəzifəni yerinə yetirdiyini dilə gətirdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Şuşada keçirilən beşinci qurultayın əhəmiyyəti xüsusilə böyükdür. Müstəqillik tariximizdə ilk dəfə qurultayın düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bütün dünyaya mesajdır.
Ulu öndərimizin layiqli davamçısnın qeyd etdiyi kimi” 44 günlük müharibədə əldə edilən tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir. Qurultayın isə” Zəfər adı” daşıması təsadüfi deyil. Ümumiyyətlə “Zəfər adı” xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”
Azərbaycan xalqı bu möhtəşəm qələbədən sonra ancaq və ancaq güclənəcək. Post müharibə dövrü bunun bariz nümunəsidir. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə bizim addımlarımız bizim gücümüzü göstərir. Post müharibə dövrü çox çətin bir dövrdür,biz bu çətin sınaqdanda şərəflə çıxdıq. Aparıcı, beynəlxalq təşkilatlar post müharibə reallıqlarını qəbul etdilər.
Artıq Azərbaycanın və diasporunun qarşısında yeni,çətin və məsuliyyətli vəzifələr durur. Bu vəzifə və tapşırıqların ən vacib istiqamətlərindən biri məhz ölkəmizə qarşı aparılan bəzi təxribat və çirkin təbliğatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin daha aktiv şəkildə diaspor təmsilçiləri vasitəsilə onların çalışdıqları, yaşadıqları ölkələrdə geniş ictimai zümrələrə təqdim olunması və azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha da aktiv rol oynamalarıdır.
Sözün həqiqi mənasında, 44 günlük müharibə dövründə xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Bu gündə bu işin davam etdirilməsinə böyük zərurət var. Çünki müharibə başa çatsa da, Azərbaycana qarşı olan ərazi iddiaları hələki, başa çatmayıb. Bu gündə Ermənistanda faşizmin təzahürləri baş qaldırır. Ermənistanda bəzi dairələr və dünya erməniliyi Azərbaycanı hədələməyə çalışır. İkinci Qarabağ müharibəsinin tarixçəsi ermənilərin yadından çıxmamalıdır.Harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətənləri ilə əlaqələri qoruyub saxlamalı, öz mədəniyyətlərinə bağlı olmalıdırlar. Bu gün müxtəlif ölkələrdə Azərbaycan məktəblərinin yaradılması bu məqsədə xidmət edir.
Düz 30 ildir ki bir arzu gözümüzdə qalmışdır ki, bir gün gəlsin Şuşada görüşək, dünya azərbaycanlıları ora yığışsın. Və o gün gəldi. 50 milyonluq azərbaycanlının Prezidenti hamını birliyə çağırdı. İndi intibah dövrü başlayır. Qarabağın intibahı!
YAP Zaqatala rayon təşkilatının fəalı Məmmədova Aygün