Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3-cü Dünya Alpaqut Çempionatı keçiriləcək

3-cü Dünya Alpaqut Çempionatı keçiriləcək


Qloballaşan dünyada ən vacib məsələlərdən biri, gənc nəslin sağlamlığı və fiziki cəhətdən inkişafıdır. İdman, xalqlar arasında qardaşlığın, qarşılıqlı anlaşmanın, dostluğun yaranmasında bir vasitəçi, körpü rolunu oynamaqla yanaşı, insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. İdman, həm də bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Azərbaycanda da bədən tərbiyəsi və idman milli mədəniyyətimizin tərkib hissəsi kimi tarixini uzaq keçmişdən götürür. Çövkan, atcapma, nizəatma və s. digər cürbəcür oyunlar tarixən Azərbaycan ərazilərində mövcud olub, ulu babalarımız meydana öz fiziki keyfiyyətlərini mübarizədə sınamaq məqsədi ilə çıxıblar.

İdman hadisəsi rəqibin duyğu və həyəcanını yaşamaq, qazandığın qalibiyyətin qürurunu hiss etməkdir.
Bu duyğuları, bu hissləri yaşamaq üçün Sizləri böyük məmnuniyyətlə 01-04 dekabr 2022-ci il tarixlərində keçiriləcək 3-cü Dünya Alpaqut Çempionatına dəvət edirik. Siz, Türkiyə Cümhuriyyətinin ən gözəl bölgəsi, Bursa şəhərində keçiriləcək yarışlarda Alpaqut Turan döyüş sənətinin sirli dünyası ilə tanış olacaqsız. 3-cü Dünya Alpaqut Çempionatında Siz həm də yeni dostlar qazana biləcəksiniz.

Ümid edirik ki, rəqiblərin bu yarışda iştirakı xalqlar arasında dostluğu daha da gücləndirəcək və hər birimizin həyatında dərin iz buraxacaq.

Əvvəlki sivilizasiyaların böhranlı tarixi proseslərində olduğu kimi, bəşəriyyəti idmanın xilas edəcəyindən əminik. Dünya Alpaqut Federasiyası öz ana xəttində məhz bu meyarları dəstəkləyir.

Hörmətlə,
Jalə Əhmədova
Dünya Alpaqut Federasiyasının prezidenti,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Xəbəri paylaş